24/08/2022
23:39
2043
| A A A
UEFA PSG-ni cərimələyəcək

UEFA-nın maliyyə feyr-pley qaydalarını pozan klublara verəcəyi cəzalar məlum olub.

Goal.az xəbər verir ki, bu barədə La Repubblica nəşri məlumat yayıb.

UEFA ən ciddi sanksiyanı PSG-ə tətbiq edəcək. Paris təmsilçisi təxminən 10 milyon avro məbləğində cərimələnəcək.

Cəzalanan klublar və onlara verilən cəzalar sentyabrda rəsmən açıqlanacaq.