07/10/2022
21:32
6257
| A A A
PSG Messini itirdi

PSG-də ciddi itki baş verib.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin ulduz futbolçusu Lionel Messi zədələnib.

Argentinalı hücumçu Çempionlar Liqası qrup mərhələsinin III turunun Benfica ilə matçında (1:1) zədələnib. 35 yaşlı futbolçu Fransa çempionatının 10-cu turunun Reims-lə matçını buraxacaq.

Reims - PSG qarşılaşması 8 oktyabr tarixində, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.