Rennes 21-ci əsrin rekordunu müəyyənləşdirdi
Dünən keçirilən matçda - Liqa 1-in 15-ci turunun oyununda öz meydanında Toulouse-nı 2:1 hesabı ilə yenən Rennes maraqlı nəticəyə imza atıb.
Goal.az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi bütün turnirlər daxil olmaqla, ardıcıl 17 oyundur ki, uduzmur.
Bu, "qırmızı-qaralar"ın 21-ci əsrdəki rekordudur.
Qeyd edək ki, Rennes ötən əsrdə iki dəfə məğlubiyyətsiz seriya ilə diqqət çəkib. 1982-ci ilin mayından dekabrınadək 20 qarşılaşmada yenilgi acısı dadmayan komanda 1988-in noyabrından 1989-cu ilin aprelinə qədər ardıcıl 22 görüşdə uduzmayıb.(fanat)