19/11/2022
22:38
2336
| A A A
Marseille-də ciddi itki

Marseille-in yarımmüdafiəçisi Amin Arit uzun müddətə sıradan çıxıb.

Goal.az xəbər verir ki, o, Fransa çempionatının 15-ci turunda qarşılaşdıqları Monaco ilə oyunda zədələnib.

Klubun prezidenti Pablo Lonqoriya futbolçunun DÇ-2022-dən sonra oynayıb-oynamayacağına cavab verməkdə çətinlik çəkib:

“Biz əlavə tibbi testlərin nəticələrini gözləyəcəyik. Hazırki vəziyyət Ariti mövsümün sonuna qədər itirdiyimizi deyir”.

Aksel Disasi ilə mübarizədən sonra zədələnən Mərakeş millisinin üzvü bu üzdən DÇ-2022-də də iştirak edə bilməyəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI