Mbappe PSG-nin düşərgəsinə qayıtdı
Fransa millisi ilə dünya çempionatının gümüş medalını qazanan Kilian Mbappe PSG-nin düşərgəsinə qayıdıb.
Goal.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl PSG-nin dünya çempionatında iştirak edən futbolçulara mundialdan sonra 10 günlük istirahət verdiyi bildirilirdi.
Qeyd edək ki, Mbappe Fransa yığması ilə mundialda 8 qola imza atıb və bombardir olub.