30/12/2022
14:41
3575
| A A A
Neymar Fransanın PSG-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSG klubunda qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib.

Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu Strasbourg-a qarşı Liqa 1-in XVI tur oyununda uğursuzluqla üzləşib.

Forvard 62-ci dəqiqədə rəqibin cərimə meydançasından simulyasiya etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Neymar 2017-ci ildə Paris təmsilçisinə keçdikdən sonra 5-ci dəfə qırmızı vərəqə görüb. Bu, həmin müddətdən bəri yerli çempionatda PSG-nin oyunçuları arasında ən yüksək göstəricidir.

Paytaxt təmsilçisinin azarkeşləri də sosial şəbəkələrdə oyunçunun bu hərəkətini sərt tənqid ediblər.

Qeyd edək ki, qarşılaşma PSG-nin 2:1 hesablı qələbəsi ilə bitib. Neymar cari mövsüm komandanın heyətində 21 oyuna çıxıb, 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI