PSG-də yeni müqavilə
Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSG klubu ilə müqaviləsini yeniləyəcək.
Goal.az xəbər verir ki, tərəflər bir çox məsələdə ortaq məxrəcə gəliblər. Yeni sözləşmə 2026 və 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Markinyos 2013-cü ilin iyulundan PSG-də çıxış edir. 29 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. (report)