Nice-da ayrılıq
Lusyen Favr Nice-nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Goal.az xəbər verir ki, bu qərar üçüncü liqa təmsilçisi Le-Pyuiyə Fransa kubokunda məğlubiyyətindən (0:1) sonra verilib.
65 yaşlı isveçrəli mütəxəssis ötən ilin yayından Nice-nı çalışdırırdı. Komanda Fransa çempionatında 17 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.