12/01/2023
12:26
1614
| A A A
PSG Lionel Messi ilə müqaviləni yeniləməyə yaxındır

PSG-nin futbolçusu Lionel Messi klubu ilə müqaviləni yeniləməyə yaxındır.

Goal.az xəbər verir ki, bu barədə tanınmış italyan jurnalist Nikolo Şkira öz "Tvitter" hesabında məlumat yayıb.

O, argentinalı hücumçunun tezliklə 1+1 illik yeni sözləşməyə imza atacağını bildirib. 35 yaşlı futbolçunun illik gəlirinin 40 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, Argentina millisi ilə DÇ-2022-nin qalibi olan Messinin hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir. O, 2021-ci ilin yayında Barcelona-dan ayrılaraq PSG-yə keçib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI