PSG-də 2 ciddi itki
PSG-nin futbolçuları Serxio Ramos və Kilian Mbappe zədələniblər.
Goal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi və 24 yaşlı hücumçu ötən gecə Liqa 1-in 21-ci turunda Monpellier ilə matçda (3:1) sıradan çıxıblar. Hər iki futbolçu birinci hissədə əvəzlənib.
Bildirilir ki, Ramos ayaq əzələsini zədələyib. Komandanın baş məşqçisi Kristof Qaltyenin açıqlamasına görə isə Mbappe dizindən zərbə aldıb.
Hər iki oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. Onların durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.