Messi PSG ilə bağlı qərarını verib
PSG-nin futbolçusu Lionel Messi klubdan ayrılmayacaq.
Goal.az xəbər verir ki, 35 yaşlı forvard Paris təmsilçisi ilə müqaviləni yeniləyəcək.
Bundan əlavə bildirilir ki, Messi Barcelona-dan təklif almayıb. Buna görə də artıq argentinalı fovardın Kataloniya klubuna qayıtmaq ehtimalı yoxdur.
Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSG-də oynayır. Onun müqaviləsi bu mövsümün sonuna qədərdir.