27/02/2023
16:47
1453
| A A A
PSG-də ciddi itki

PSG-nin futbolçusu Presnel Kimpembe zədələnib.

Goal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Liqa 1-in 25-ci turunda Marseille-lə matçın (3:0) 16-cı dəqiqəsində sıradan çıxıb. Kimpembe meydanı təkbaşına tərk edə bilməyib və xərəkdə meydançadan kənara daşınıb.

Komandanın baş məşqçisi Kristof Qaltyenin sözlərinə görə, Fransa millisinin üzvünün zədəsi ciddidir və o, mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək: “Təəssüf ki, Kimpembe ciddi zədə aldı və mövsümün sonuna qədər oynaya bilməyəcək”.

Qeyd edək ki, Kimpembe bu mövsüm PSG-nin heyətində 15 matçda meydana çıxıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI