13/10/2019
18:00
2136
| A A A
"10 ferrari, 2 təyyarə nəyimə lazımdır?" - Sadio Mane

Liverpool-un hücumçusu Sadio Mane özünün həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Goal.az xəbər verir ki, “Sensivel-Mente” nəşri futbolçunun dəbdəbə ilə arasının olmadığını yazıb. Mane özü bu haqda deyib:

"10 Ferrari, 20 bahalı qol saatı və ya 2 təyyarə nəyimə lazımdır? Mən ağır günlər keçirmişəm. Ac qaldım, tarlada işləməli oldum, ayaqyalın futbol oynadım, təhsilim yox idi. Amma bu gün futbolun sayəsində qazandıqlarımla xalqıma kömək edə bilirəm. Seneqalda məktəblər, stadion tikdirir, yoxsul insanlara üçün paltar, ayaqqabı, yemək veririk. Çalışıram ki, bizim insanlarımız həyatın mənə bəxş etdiklərindən faydalana bilsinlər”.

Mane bildirib ki, ehtiyacı olan bir çox kasıb adamın hər birinə 70 avro verir: “Lüks maşınları, lüks evləri, səyahətləri və hətta təyyarələri göstərmək lazım deyil”.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1141 səs