13/10/2019
20:05
2496
| A A A
Sançes üçün il erkən bitdi

Çili millisinin üzvü Aleksis Sançes zədələnib.

Goal.az xəbər verir ki, Milan İnter-inin hücumçusu Kolumbiya ilə yoxlama matçında (0:0) sıradan çıxıb. Görüşün ikinci hissəsində zədələnən futbolçu matçı davam etdirə bilməyib.

Çili mətbuatı Sançesin zədəsinin ciddi oduğunu və onun gələn ilin yanvar ayına qədər meydana çıxa bilməyəcəyini yazıb.