31/05/2020
12:36
884
| A A A
Kompani Manchester City-yə qayıtmaq istəmir

Anderlecht-in oyunçu-məşqçisi Vensan Kompani Manchester City-yə qayıtmaq niyyətində deyil.

Goal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Mikel Artetanın gedişindən sonra Kompaninin köməkçi-məşqçi olmasını istəsə də, belçikalı təklifi rədd edib.

Vensan 2022-ci ilədək nəzərdə tutulmuş müqavilə öhdəliklərini tam yerinə yetirmək istəyir. Bununla yanaşı, 34 yaşlı futbolçu Anderlecht-in səhmdarı olmağı planlaşdırır.

Qeyd edək ki, Kompani 11 il Manchester City-də çıxış edib. O, "şəhərlilər"in heyətində Premyer Liqa (4 dəfə), İngiltərə Federasiya Kuboku (2), İngiltərə Liqa Kuboku (4) və Superkubokun (2) qalibi olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9077 səs