31/05/2020
14:18
797
| A A A
Atletico icarədə olan futbolçusunu qaytardı

Atletico Madrid Gremio-da icarədə olan futbolçusu Kayo Enrikeni vaxtından əvvəl geri qaytarmağa qərar verib.

Goal.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi 2020-ci ilin sonuna qədər Gremio-da icarədə oynamalı idi. Lakin Madrid təmsilçisi bu müqaviləyə vaxtından əvvəl xitam vermək hüququndan yararlanaraq, oyunçusunu geri qaytarmağı lazım bilib.

Braziliyalı futbolçu Atletico-nun öz yetirməsidir. Lakin o, 2018-ci ildən bəri daha çox ölkəsinin Parana və Fluminense klublarında icarədə oynayıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8583 səs