07/08/2022
18:16
3756
| A A A
Qarabağ-ın Macarıstana səfər planı açıqlanıb

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda Ferencvaros-la qarşılaşacaq Qarabağ-ın səfər planı bəlli olub.

Goal.az xəbər verir ki, "köhlən atlar" avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq Ferencvaros - Qarabağ görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1. (report)