13/08/2019
10:00
962
| A A A
Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.

Goal.az xəbər verir ki, Qarabağ - APOEL matçı ilə yanaşı, III raundun daha 9 cavab matçı keçiriləcək. Həmçinin Avropa Liqasında da eyni mərhələnin 3 görüşü baş tutacaq. Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri AjaxPAOK bu dəfə Hollandiyada üz-üzə gələcəklər. Ötən həftə Yunanıstandakı dueldə 2:2 hesablı heç-heçə qeydə alınıb.

LASK (Avsrtriya) - Bazel (İsveçrə) oyununu isə Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28198 səs