13/08/2019
10:34
520
| A A A
“Sabah”da haitili yarımmüdafiəçini sınayır

“Sabah” baxışa yeni futbolçu dəvət edib.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi haitili yarımmüdafiəçi Endi Faustini sınayır.

Artıq komandanın düşərgəsində olan 22 yaşlı futbolçu bu gün 1-ci divizion təmsilçisi MOİK-lə yoxlama oyununda da sınaqdan keçirilib. Gənc forvard "Sabah"ın 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə fərqlənməyi də bacarıb. O, görüşdə sonuncu qolun müəllifi olub.

Fransa "Valensyen"inin yetirməsi olan Faustin 2015-ci ildən 2017-ci ilədək sözügedən klubun əsas komandasında forma geyinib. 2017-ci ildə o, Belçikanın "Sulte Varegem" klubuna keçib. Fransada anadan olmasına baxmayara, yarımmüdafiəçi Haiti yığmasını seçib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28384 səs