Bayern Münich-də ciddi itki
Bayer Münich ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Niklas Süle zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bayern-ın Bundesliqanın 8-ci turunda Ausburg-la qarşılaşdığı oyunun (2:2) 12-ci dəqiqəsində zədələnərk meydanı tərk edən Süle artıq əməliyyat olunub.
Almaniya mətbuatının xəbərinə görə, 24 yaşlı alman müdafiəçi ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Süle bu mövsüm Bundesliqada 8 qarşılaşmada iştirak edib.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ