11/11/2019
10:10
1235
| A A A
“Qarabağ”dan xal almaq qələbəyə bərabərdir" - Zaur Həşimov

"Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almaq qələbəyə bərabərdir. Komandada özgüvəni gördüm".

Goal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 11-ci turunda "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı görüşü belə şərh edib: "Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq".

Z.Həşimov komandadakı zədəlilərin durumu ilə bağlı da danışıb: "Zədələr çoxdur. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidir. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq".

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs