11/11/2019
15:00
2142
| A A A
Benzema Real Madrid-in tarixində 4-cü oldu

Real Madrid-in İspaniya La Liqasının 13-cü turu çərçivəsində Eibar 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşma bu komandanın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, fransalı hücumçu bu oyunda dubla imza atmaqla La Liqada vurduğu qolların sayını 157-yə çatdırıb. Bununla da o, Real-ın İspaniya çempionatında ən çox qol vuran futbolçularının siyahısında 6-cı pilləyə yüksəlib.

Benzema bu dubl sayəsində macarıstanlı əfsanəvi futbolçu Ferents Puşkaşı geridə qoyub. Hansı ki, bu futbolçunun hesabında 156 qol var idi.

2009-cu ildən Real-da forma geyinən Benzema bu komandanın heyətində müxtəlif turnirlər çərçivəsində 233 qola imza atıb. Bu göstəricidə isə o, Madrid təmsilçisinin 4-cü ən qolçu oyunçusudu.

Benzema Real-ın heyətində keçirdiyi 480 oyunda 233 qolla yanaşı, 129 məhsuldar ötürmə müəllifi də olub.

Real Madrid tarixinin ən çox qol vuran futbolçuları:

Kriştiano Ronaldo – 450 qol

Raul Qonzales – 325 qol

Alfredo Di Stefano – 266 qol

Kərim Benzema 233 qol

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1020 səs