11/11/2019
19:19
2362
| A A A
Xorvatiyaya 200, Azərbaycana 50 min avro...

Slovakiya Futbol Federasiyası "AVRO-2020"nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün mükafat müəyyənləşdirib.

Goal.az xəbər verir ki, bu barədə qurumun prezidenti Yan Kovaçik açıqlama verib. Onun sözlərinə görə, milli komanda Xorvatiyanı udsa 200 min, Azərbaycana qalib gəlsə 50 min avro mükafat alacaq. Prezident həmçinin bildirib ki, komanda "AVRO-2020"yə vəsiqə qazanarsa, 3 milyon avrodan çox mükafat ödəniləcək: "2016-cı ildə Fransada keçirilən Avropa çempionatına vəsiqəyə görə 3 milyon avro verilmişdi. Bu dəfə daha çox olacaq”.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1022 səs