11/11/2019
20:43
2232
| A A A
Pyaniç 150-yə çatdı

İtaliya A Seriyasının 12-ci turunda Juventus-un Milan-ı 1:0 hesabı ilə məğlub etdiyi oyun Miralem Pyaniç üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, bosniya və herseqovinalı futbolçu, “qoca sinyora”nın heyətində 150-ci oyununu keçirib.

2016-cı ildə Roma-dan heyətə qatılan futbolçu, keçirdiyi 150 oyunda 22 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun Turin klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.