18/08/2022
10:55
2156
| A A A
Turan Tovuz-un yeni transferi

Turan Tovuz komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib.

31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin Mamelodi Sandaunz klubunda başlayan futbolçu Cayser, Maritsburg United, Rusiyada isə Rostov-un formasını geyinib. O, son olaraq İsrailin Hapoel Tel-Aviv komandasının şərəfini qoruyub.

Siyanda Xulu əsas millidə 16 oyuna çıxıb və 1 qol vurub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI