18/08/2022
16:14
3178
| A A A
"Qarabağ"ı qəzəbləndirmək istəyirdik"

Viktoria-nın kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Qarabağ-la qolsuz heç-heçə etdikləri ilk matç haqqında danışıb.

Goal.az xəbər verir ki, görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən oyunçu klubun rəsmi saytına açıqlamasında deyib:

“İrəli gedərək, qol vuraraq Qarabağ-ı bir az da qəzəbləndirmək istəyirdik. İlk hissədə şanslarımız oldu, amma ikinci hissədə praktiki olaraq heç nə yaratmadıq.

Bununla belə, biz məsuliyyətlə müdafiə olunduq. 0:0 nəticəsini qəbul edirik. Əlbəttə ki, cavab oyununda olmayacağım üçün məyusam.

Amma inanıram ki, futbolçularımız bunun öhdəsindən gələcəklər".

Bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (sportinfo)

GÜNÜN ƏN ÇOX OXUNANLARI