Alkaser BƏƏ klubuna keçdi
Villarreal-ın futbolçusu Pako Alkaser karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu Sharjah klubuna keçib. İspan forvardla 1 illik icarə müqaviləsi imzalanıb.
Sharjah 2023-cü ilin yayında Alkaserin transfer hüquqlarını ala bilər.