18/08/2022
21:26
1647
| A A A
"Fenerbahçe layiq olduğu yerdə deyil"

Fenerbahçe-nin baş məşqçisi Jorje Jesuş Avropa Liqasının pley-off mərhələsində Austria klubuna qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk matçdan sərfəli nəticə ilə İstanbula qayıtmaq istədiklərini söyləyib:

"Austria Avropada adından söz etdirmiş klublardandır. Bizə problem yaradacaqlar. İstanbuldakı oyundan əvvəl sərfəli nəticə qazanmaq istəyirik.

Hər matçı qazanmaq üçün meydana çıxırıq. Rəqibin kimliyindən asılı olmayaraq bu düşüncədəyik. İki komandanın da Avropa reytinqinə baxanda görürük ki, aşağı yerlərdədir. Fenerbahçe layiq olduğu yerdə deyil".

Qeyd edək ki, Austria - Fenerbahçe matçı saat 23:00-da start götürəcək.