18/08/2022
22:53
1308
| A A A
Səbail-dən növbəti transfer

"Səbail" heyətini yeni oyunçu ilə gücləndirib.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Petro Stasiuk Bakı təmsilçisi ilə anlaşıb.

Premyer Liqa təmsilçisi onunla 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Minay", "Mariopol", "Jemçujina" və "Balkani"də oynayıb.