07/08/2022
19:21
2893
| A A A
Neftçi Premyer Liqaya qələbəylə başladı

Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Goal.az xəbər verir ki, ötən mövsümün gümüş medalçısı "Neftçi" Şamaxıda eyniadlı komanda ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra "ağ-qaralar" 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.

Günün son görüşündə "Sabah" klubu "Sumqayıt"ı qəbul edəcək.