24/12/2016
15:05
1512
| A A A
"Qəbələ"dən 10 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti qarşılaşmalarını keçirib. 

Goal.az xəbər verir ki, U-19 səfərdə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. 14 matçdan sonra xal hesabını 34-ə çatdıran “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 

AZAL üzərində səfər qələbəsindən sonra (7:0) ev oyununda “Xəzər Lənkəran”ı sınağa çəkən U-17 9:0 hesabı ilə qalib gəlib. 12 matçdan sonra hesabında 29 xal olan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. 

U-16 “Neftçi” ilə səfər matçından xalsız dönüb - 1:2. 11 oyunda 22 xal qazanan “Qəbələ”  I dövrəni 3-cü pillədə başa vurub. 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti matçlarına çıxıb. “Təhsil” FM ilə qolsuz heç-heçə edən U-14 komandası 13 oyunda yığdığı 28 xalla 3-cüdür. Eyni rəqibin müvafiq komandası ilə görüşən U-13 isə 5:0 hesabı ilə qələbə qazanıb. Aktivində 13 oyundan sonra 26 xal olan “Qəbələ” 4-cü yerdə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” klubu bir neçə komanda ilə təmsil olunub. 

U-12 Liqasında “Qəbələ” Oğuzun UGİM-ini 4:1, UGİM Qaxın UGİM-ini 2:0 hesabı ilə yenib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 29 xalla 3-cüdür. 

U-11 Liqasında “Qəbələ” komandaları birlikdə 30 cavabsız qol vurub. “Qəbələ” “Viktoriya Zaqatala”nı 18:0, UGİM “Balakən”i 12:0 hesabı ilə üstələyib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 33 xalla 2-cidir. 

“Qəbələ”nin 3 komanda ilə təmsil olunduğu U-10 Liqasında “qırmızı-qaralar” Şəki 3 nömrəli məktəbin komandasını 13:0, UGİM Oğuzun UGİM-ini 2:1, Gİİ isə UGİM “Rabitəçi”ni (Yevlax) 3:2 hesabı ilə məğlub edib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 5-cidir.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
7345 səs