25/12/2016
19:00
1228
| A A A
"Qarabağ" 4 hazırlıq oyunu keçirməyi planlaşdırır

Qış fasiləsini Antalyada keçirəcək “Qarabağ”ın planlarına böyük ölçüdə aydınlıq gəlib.Goal.az xəbər verir ki, yanvarın 5-də qardaş ölkəyə yollanacaq ağdamlıların səfəri həmin ayın 23-də başa çatacaq. Türkiyədə olduğu müddətdə 4 hazırlıq matçı keçirməyi planlaşdıran Qurban Qurbanovun yetirmələrinin oyunlarının tarixi bəlli olsa da, hələlik rəqiblərin kimliyi tam dəqiqləşməyib. Belə ki, yanvarın 15, 18 və 22-də meydana çıxacaq Azərbaycan çempionu vətənə dönməzdən əvvəlki son gündə iki oyun keçirəcək.

 Qeyd edək ki, bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov “Qarabağ”ın rəqiblərindən birinin Rumıniya təmsilçisi olacağını mətbuata açıqlamışdı.

Apasport

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
10662 səs