26/12/2016
11:51
3031
| A A A
"Qarabağ" 12 il sonra bunu bacardı

Azərbaycan kubokunun 1/4 final mərhələsi “Qarabağ”ın məhsuldar çıxışı ilə əlamətdar olub.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi “Sumqayıt”la oyunlarda 11 qol vurub. Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub.

Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınmışdı. 1/16 final mərhələsinin “Ədliyyə-2” (sonradan “Böyük Vadi” adlanıb) ilə qarşılaşmalarında da “Qarabağ” rəqibini 11 dəfə məyus etmişdi. Ağdamlılar səfərdə 4:1, evdə 7:2 hesablı qələbə qazanmışdı.

Əyalət təmsilçisinin tarixində mütləq rekord isə 1997/98 mövsümünə təsadüf edib. 19 il əvvəl 1/16 finalın “Naftalan”la görüşlərində “Qarabağ” 14 qol vurmuşdu – 12:0, 2:1.(pfl)

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
17912 səs