27/12/2016
17:48
8223
| A A A
Vaqif Cavadov klubsuz qaldı

"Sumqayıt" klubu yarımmüdafiəçi Vaqif Cavadovla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Goal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü cari mövsümdə 13 oyunda ümumilikdə 916 dəqiqə meydanda olub. Cavadov rəqib qapılarına 3 dəfə yol tapıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində "Qarabağ", "Tvente", "Volqa", "Bakı", "İnter", "Qaziantep Böyükşəhər Bələdiyyə", "Boluspor" və "Qəbələ" klublarının formasını geyinib. Cavadov Rusiya CSKA-nın yetirməsidir.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
60151 səs