01/01/2017
16:16
553
| A A A
"Rəvan" heyətini gücləndirdi

I Divizionda mübarizə aparan "Rəvan" qışda ilk transferini reallaşdırıb. Goal.az xəbər verir ki, paytaxt təmsilçisi "Qaradağ Lökbatan"da çıxış edən Məhəmməd Alıyevi transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Məhəmməd Alıyev 2015/2016-cı il mövsümünün ilk yarısını "Rəvan"ın heyətində keçirmişdi.