03/01/2017
13:53
895
| A A A
"Sumqayıt" qış fasiləsindən qayıtdı

“Sumqayıt” Futbol Klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib. Goal.az xəbər verir ki, komanda bbu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altına 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt” ilk məşq günündə dənizkənarında qaçışla kifayətlənib. Qeyd edək ki, komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt”ın növbəti məşqi də sabah saat 11:00-da Sumqayıtda olacaq.

Qeyd edək ki, "Sumqayıt"ın təlim-məşq toplanışı və yoxlama oyunlarının proqramı rəsmi sayt vasitəsi ilə diqqətinizə çatdırılacaq.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
19145 səs