06/01/2017
18:00
822
| A A A
"Sumqayıt"ın Antalya toplanışının tarixi açıqlandı

Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt" Futbol Klubu ötən mövsüm olduğu kimi təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Goal.az xəbər verir ki, yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komandamız 10 gün hazırlıq prosesi keçəcək. "Sumqayıt" Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq. Komanda Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.