17/07/2017
14:26
1659
| A A A
"Qarabağ" oyunöncəsi son məşqinə çıxır

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq. Goal.az xəbər verir ki, bu gün saat 19:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. “Samtredia” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
13157 səs