17/07/2017
15:33
1320
| A A A
"Qəbələ" Polşada ilk məşqinə çıxıb

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Jagellonia” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ”  Polşaya yollanıb. “Qırmızı-qaralar” ötən gün Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan təmsilçimiz axşam məşqi ilə kifayətlənib. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq. 

Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Jagiellonia” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66281 səs