07/12/2017
14:39
394
| A A A
"Sumqayıt" "Qarabağ" üçün hazırlaşır

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq olan “Sumqayıt” hazırlıqlarını davam etdirir. Goal.az xəbər verir ki, "kimyaçılar" bu gün saat 11:00-da “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bundan başqa əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb. 1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib. “Qarabağ” – “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs