16/04/2018
11:19
404
| A A A
Topaz Premyer Liqasının 23-cü turunu neçə azarkeş izlədi

Topaz Premyer Liqasının 23-cü turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

Goal.az xəbər verir ki, ən çox azarkeş “Kəpəz” - “Qarabağ” oyununda (0:1) qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş matçı 8000 tamaşaçı izləyib.

 

Ən az azarkeş isə Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Səbail” matçında (1:1) olub - 250 tamaşaçı.

 

Digər oyunlardan Zirə idman kompleksində keçirilmiş “Zirə” - “Neftçi” qarşılaşmasını (0:3) 850, Sumqayıt şəhər stadionunda baş tutmuş “Sumqayıt” - “Keşlə” oyununu (2:1) isə 2500 azarkeş izləyib.

 

Ümumilikdə turun 4 matçını 11600 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 2900 tamaşaçı deməkdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
13828 səs