16/04/2018
18:47
2074
| A A A
Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları iki günü əhatə edəcək.

Aprelin 21-də lider "Qarabağ" səfərdə "Sumqayıt"ı yensə, ardıcıl 5-ci mövsüm çempionluğunu təmin edəcək. Əks halda, turun son matçında "Qəbələ"nin "Neftçi" ilə səfər matçında xal itirməsini gözləmək lazım gələcək. 

21 aprel (şənbə)

16:00. “Keşlə” – “Zirə”

“İnter Arena”

19:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

22 aprel (bazar)

17:00. “Səbail” – “Kəpəz”

“Bayıl Arena”

19:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”