11/07/2018
11:50
1528
| A A A
Cavid İmamverdiyev transferə çıxarıldı

Sumqayıt Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevi transferə çıxarıb. Goal.az Report-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Sumqayıt təmsilçisinin heyətində davam etdirmək istəmədiyi üçün bu cür addım atılıb. “İmamverdiyev Sumqayıt-da qalmaqdan imtina etdiyinə görə transferə çıxarılıb. Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdır. Rəhbərlik klubla 1 illik müqaviləsi olan futbolçuya gələn təklifləri dəyərləndirir” deyə mətbuat katibi Rəşad Məmmədov bildirib. 

Cavid İmamverdiyev Sumqayıt-a ötən yay Neftçi-dən keçib. O, İdman Araşdırmalar Mərkəzinin Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında apardığı sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib.