14/09/2018
17:05
1063
| A A A
Zirə-nin legioneri zədələnib

Topaz Premyer Liqanın 4-cü turunda Səbail-in qonağı olacaq Zirə itki ilə üzləşib. Goal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Bilal Həmdi zədələnib. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə əzələsindən zədə alan əlcəzairli futbolçunun bu turu buraxacağı dəqiqdir. Onun növbəti oyuna qədər sıraya dönəcəyi gözlənilir. Sabah keçiriləcək Səbail – Zirə oyunu saat 20:30-da başlayacaq.