14/09/2018
17:42
1923
| A A A
Qarabağ-ın çempionat oyununda casus

Qarabağ-ın Azərbaycan Premyer Liqasının IV turunda Sumqayıt-la ev oyununu Ağdam komandasının Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya Sporting-inin məşqçisi Vitor Hüqo Pezeyru da izləyəcək. Goal.az xəbər verir ki, Bakıya səfər edən 34 yaşlı mütəxəssis bu gün “Azərsun Arena”da saat 20:00-da start götürəcək matça tribunadan baxacaq. Ağdam klubu barədə məlumat toplamaq üçün Azərbaycana gələn Vitor Hüqo Sporting-in baş məşqçisi Joze Pezeyrunun oğludur. O, 2014-cü ildən etibarən atasının işlədiyi klublarda köməkçi-məşqçi kimi çalışır.

Sentyabrın 20-də I tur çərçivəsində keçiriləcək Sporting – Qarabağ görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.