02/12/2018
19:49
976
| A A A
Qəbələ - Zirə oyunu təxirə salındı

Topaz  Premyer  Liqanın 13-cü turunda bu gün keçirilməli olan Qəbələ – Zirə oyunu təxirə salınıb.

Goal.az-ın məlumatına görə, buna səbəb Qəbələ şəhər stadionunda qatı dumanın olmasıdır. Vəziyyəti nəzərə alan görüşün baş hakimi Vüqar Həsənli matçı 57-ci dəqiqədə müvəqqəti olaraq dayandırıb, futbolçuları isə paltardəyişmə otağına göndərib. Hava şəraiti düzəlmədiyindən oyunun sabaha keçirilməsinə qərar verilib. Qarşılaşma saat 13:00-da qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, geridə qalan 57 dəqiqədə hesab açılmayıb.

 

2 dekabr (bazar)Topaz Premyer Liqası, 13-cü  tur

17:00. “Qəbələ” – “Zirə” - 0:0 (Təxirə salındı)
Hakimlər

: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov

Qəbələ şəhər stadionu