04/12/2018
21:32
861
| A A A
Keşlə-də 13-cü

Braziliyalı müdafiəçi Denis Silva Keşlə-nin heyətində 100-cü çempionat matçını keçirib.

Goal.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XIII turuna təsadüf edib.  O, arxada qalan müddətdə 4 qol vurub.

İndiki klubunda 4-cü mövsümünü keçirən Denis 2015/16 mövsümündə 35 (1 qol), 2016/17 mövsümündə 25 (2 qol) dəfə meydana çıxıb. Ötən çempionatda 27 dəfə şans qazanan braziliyalı cari mövsümün 13 matçında 1 dəfə fərqlənib.

Qeyd edək ki, Denis klubunun tarixində 100 və daha çox oyun keçirən 13-cü futbolçudur. Keşlə-nin rekordçusu isə hesabında 205 matç olan Vladimir Levindir.