04/12/2018
15:00
1034
| A A A
60-cı qələbə

Topaz Premyer Liqasının XIII turu Sumqayıt üçün yubiley qələbəsi ilə əlamətdar olub.

Goal.az xəbər verir ki, yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən Gənclik şəhəri təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb.

Bu müddətdə Sumqayıt 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə  41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, Sumqayıt Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.

Mourinyo hansı klubu çalışdıracaq?

REAL MADRID
%
MILAN
%
BAVARİYA
%
INTER
%
6860 səs