04/12/2018
19:28
830
| A A A
Premyer Liqada 35-ci dəfə

Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” ilə səfər oyununda 0:0 hesablı heç-heçəyə imza atan “Zirə” mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb. Goal.az xəbər verir ki, bu, rəqib meydanındakı ilk belə qarşılaşma olub. Belə ki, komandamız əvvəlki 6 səfər qarşılaşmasında qapısını toxunulmaz saxlaya bilməmişdi.
Ümumilikdə isə “Qartallar” klub tarixində 56-cı, səfərdə 28-ci dəfə meydanı qol buraxmadan tərk edib. Bu quru oyunlardan 35-i Premyer Liqa çərçivəsində keçirilib. “Zirə” 17-ci dəfə Premyer Liqadakı səfər oyununda qapısını toxunulmaz saxlayıb.