04/12/2018
17:08
756
| A A A
Azərbaycan kubokunun 3 oyununun vaxtı dəyişdirildi

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarının başlama vaxtı dəyişdirilib.

Goal.az xəbər verir ki, görüşlərdən üçünün -  “Ağsu” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Qaradağ Lökbatan”, - “Sumqayıt” qarşılaşmaları nəzərdə tutulduğundan tez start götürəcək.

Peşəkar Futbol Liqasının qərarına əsasən matçlar əvvəlcədən  nəzərdə tutulduğu kimi 14:00-da deyil, 13:30-da başlanacaq. PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq bu addımı atıb. Mərhələnin “Şüvəlan” – “Keşlə” matçının başlanma vaxtı 17:00 saxlanılıb.